`Bürclərin tarixi dəyişməyib` - Astroloq NASA-nı yalanladı

`Bürclərin tarixi dəyişməyib` - Astroloq NASA-nı yalanladı
  08 Sentyabr 2016    Oxunub:6454
NASA-nın yaydığı məlumata görə, bürclərin tarixi dəyişib. Məlumata görə, ulduzlar dünyaya görə istiqamətlərini dəyişib və bu səbəbdən bürc tarixləri yenilənib. Bundan başqa, təqvimə yeni bürc də əlavə edilib.
Yeri dəyişdirilən bürclərin tarixlərinin aşağıdakı kimi olduğu açıqlanıb:

18 Aprel - 13 May : QOÇ
13 May - 21 İyun : BUĞA
21 İyun - 20 İyul : ƏKİZLƏR
20 İyul - 10 Avqust : XƏRÇƏNG
10 Avqust - 16 Sentyabr : ŞİR
16 Sentyabr - 30 Oktyabr : QIZ
30 Oktaybr - 23 Noyabr : TƏRƏZİ
23 Noyabr - 29 Noyabr - ƏQRƏB
30 Noyabr - 17 Dekabr : İLAN
17 Dekabr - 20 Yanvar : OXATAN
20 Yanvar - 16 Fevral : OĞLAQ
16 Fevral - 11 Mart : DOLÇA
11 Mart - 18 Aprel : BALIQ

Astroloq Səbuhi Rəhimli NASA-nın bürclərin tarixinin dəyişməsi ilə bağlı yaydığı məlumata münasibət bildirib.

S. Rəhimli AzVision.az-a bildirib ki, mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir və əsassızdır.

“1989-cu ildə belə bir ideya ortalığa atılmışdı. Alman alimləri 2004-cü ildə bu məsələnin əsassız olduğunu bildirdilər. Bürclərin sürüşməsi məsələsi 2004-cü ildə iflasa uğradı. İndi bunu yalandan gündəmə gətirməyin nə mənası var ki?!

Durub deyim ki, Günəş qız bürcü altındadır? Hansısa astrofizikin hünəri çatarmı ki, bunu təkzib etsin?! Bu sonlanmış məsələdir, əlavə bürc və bürclərin tarixinin dəyişdirilməsi boş söhbətdir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti